Accessibility links

Türkiyə baş naziri İsrailə tarixi səfərdədir - 2005-05-01


Turkiyənin Baş Naziri Rəcəp Təyyip Ərdoğan iki günlük rəsmi səfərlə İsraildədir. Cənab Ərdoğanın İsrailə səfərinin məqsədi, ölkəsi ilə İsrail arasındakı münasibətləri möhkəmləndirmək və Yaxın Şərq sülh prossesində iştirak etməkdir. O, İsrailə yola düşməzdən əvvəl bildirib ki, əgər ölkəsini Yaxın Şərq sülh prosesinə dəvət etsələr, onda Türkiyə vasitəçi kimi prosesdə iştirak etməyə və bu işə yardım etməyə hazırdır. O, İsraildəki Holokost abidəsinə getməzdən əvvəl, bu bəyanatı təkrar edib. Xatırlatmaq istərdik ki, cənab Ərdoğan İsrailin fələstinlilərlə davranışını kəskin tənqid etdikdən sonra, Türkiyə ilə İsrail arasındakı münasibətlər qismən soyumuşdu. Müsəlman ölkə olan Türkiyənin çoxdan bəridir ki, İsraillə möhkəm hərbi və ticari əlaqələri var. Cənab Ərdoğan İsrail prezidenti Moşe Katsav ilə görüşüb. Onların qarşılıqlı inkişaf və araşdırma barədə müqavilələrin imzalayacaqları gözlənilir. Türkiyə və İsrailin nümyəndələri isə İsrailin Türkiyənin qırıçı təyyalərini təkmilləşdirmək üçün 400 milyon dollar məbləğində bir müqavilənin bağlanması məsələsini müzakirə edirlər. Cənab Ərdoğan İsrailli həmkarı Ariel Şaronla görüşməyi planlaşdırır. Sonra o, İordan çayının qərb sahilinin Ramallah şəhərinə gedərək orada Fələstin prezidenti Mahmud Abbasla görüşəcək.

XS
SM
MD
LG