Accessibility links

ABŞ müdafiə nazirinin müavini Dünya Bankının prezidenti vəzifəsinə təklif edilib - 2005-03-30


Avropa ölkələrinin rəsmiləri Birləşmiş Ştatlrın müdafiə nazirinin müavini Pol Volfovitsin Dünya Bankının prezidenti vəzifəsinə nominasiyasına etiraz etmədiklərini bildiriblər. Avropa Birliyinin rəsmiləri bu bəyanatı bu gün Brüsseldə, cənab Volfotvitslə danışıqlardan sonra veriblər. Pol Votlfovitsin Dünya Bankının rəhbəri vəzifəsinə nominasiyası onun ABŞ-ın başçılğı ilə İraqa müdaxilədə roluna görə mübahisələrə səbəb olmuşdur. Tənqidçilər onun beynəlxalq inkişaf məsələlərində təcrübəyə malik olub-olmadığı ətrafında suallar qaldırmışlar. Cənab Volfovitsə gəldikdə, o, özünün mübahisəli şəxs olduğunu etiraf etmiş, lakin Dünya Bankının missiyasına sadiq olduğunu vurğulamışdır. Vaşinqtonda yerləşən Dünya Bankının direktorlar şurası prezidenti seçmək üçün son qərarı cümə axşamı günü verməlidirlər. Qeyd edək ki, Dünya Bankının prezidenti vəizifəsinə adətən, Amerika Birləşmiş Ştatlarının nümayəndəsi, Beynəlxalq valyuta fondunun rəhbəri vəzifəsinə namizəd isə Avropa ölkələrindən seçilir.

XS
SM
MD
LG