Accessibility links

İraq militantları edam əks etdirən yeni video açıqlayıblar - 2005-03-27


Bu gün İslam militantlarının internet səhifəsində İraq polisi kimi təsvir edilən bir nəfərin edamını göstərən video peyda olub. Videoya əsasən gözləri bağlanmış şəxs özünü polkovnik Ryad Katie Olivey kimi təqdim etdikdən sonra militantlar onu başından güllə ilə vuraraq qətlə yetririlər. Arxa planda İraq əl-Qaidası adlanan qrupun bayrağı görünür. Qeyd edək ki, bu təşkilata militant lideri Əbu Müsab əl Zərqavi başçılıq edir. Bu videoyazının xalisliyi hələ müəyyən edilməyib. Zərqavi qrupu Səddam hüseynin 2003-cü ilin Aprelində devrilməsindən bəri İraqda bir neçə qanlı hücum həyata keçirib.

XS
SM
MD
LG