Accessibility links

İraq öz səfərini İordaniyadan geri çağırıb - 2005-03-20


Bu gün İraq İordaniyanın Bağdaddakı yüksək səviyyəli diplomatını məsləhətləşmələr üçün geri çağırdığını elan etməsindən bir neçə saat sonra İordaniyadan öz səfirini müvəqqəti olaraq geri çağırdığını bildirib. Bu, diplomatik manevrlər şiə nümayişçilərin Bağdadda İordaniya səfriliyi üzrəidnə İraq bayrağını qaldırmasından iki gün sonraya təsadüf edir. Nümayişçilərin İordaniyanın xəbər agentliklərinin iordaniyalı intiharçının keçən ay Bağdaddan cənubda, Hilla şəhərində 125 şiənin ölümü ilə nəticələnmiş hücum həyata keçirdiyi haqda məlumat verməsinə etirazlarını bildirdiyi xəbər verilir. Fevralın 28-i hücumundan sonra etirazçılar İordaniyanın ciddi mühafizə olunan diplomatik missiyasına iki dəfə yürüş təşkil etmişlər. Xarici işlər naziri Hani əl-Mülqi bildirib ki, İordaniyanın səfiri İraq polisi səfirliyi mühafizə planı hazırladıqdan sonra İraqa qayıdacaq.

XS
SM
MD
LG