Accessibility links

İraqın yeni Milli Məclisi öz işinə başlayıb - 2005-03-16


Təxminən 50 ildən bəri ilk dəfə olaraq İraqda azad seçkilər nəticəsində seçilən Milli Məclis Bağdadda öz işinə başlayıb. İraq xalqı bununla demokratiyaya doğru mühüm bir addım atıb. Milli Məclisin üzvləri Yaşıl Zonada olan Bağdadın Qurultay Mərkəzində and içiblər. Yaraqlılar Milli Məclisin açılışı ərəfəsində və gedişində bir sıra hücumlar həyata keçiriblər. İtki barədə məlumat verilməyib. Bu arada Bağdadın şimalında keçid nəzarət məntəqəsinin yaxınlığında maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində 4 İraq əsgəri həlak olub.

XS
SM
MD
LG