Accessibility links

Nepal qiyamçıları paytaxtı blokadaya alıblar - 2005-02-12


Kommunist qiyamçılar Nepal paytaxtında gedən yolları kəsdikdən sonra Katmandu şəhərinin neft və ərzaqla təchizatı ciddi problemlə üzləşməkdədir. Qiyamçı liderlər bu gün ölkənin bütün iri yollarında blokada elan edərək 9 il bundan öncə ölkədəki monarxiyanı devirməyə yönəlmiş kommunist üsyanının ildönümünü qeyd edirlər. Bu addım həmçinin Kral Gyanendranın hökuməti buraxması və ölkədə diktatorial ölçülər həyata keçirməsi ilə bağlıdır. Amerika Birləşmiş ştatları Kral Gyanendraya siyasi böhranı həll etmək üçün 100 gün vaxt verib. Əks təqdirdə ölkənin əsas gəlir mənbəyi olan Amerika mali yardımı dayandırlacaq.

XS
SM
MD
LG