Accessibility links

Kondolisa Rays Irana xəbərdarlıq edir - 2005-02-09


Birləşmiş Ştatların Dövlət katibi Kondoliza Rays İrana xəbərdarlıq verib ki, NATO və Avropa Birliyinin rəsmiləri ilə danışıqlardan nüvə proqramı barədə dəqiq hesabat verməsinin yubadılması məqsədi ilə istifadə etməməlidir. Buş administrasiyasının Britaniya, Fransa və Almaniyanın İranın nüvə böhranının diplomatik yolla həlli cəhdlərini dəstəkləməsinə baxmayaraq, Amerika rəsmiləri müzakirələr prosesinə səbirsizliklə yanaşdıqlarını nümayiş etdirirlər. Qeyd edək ki, danışıqar bir ildən artıqdır davam edir. Brussel danışıqlarına başlamazdan əvvəl xanım Rays Fox televiziyasına verdiyi müsahibəsində deyib ki, Avropa dövlətləri ilə danışıqlarda nüvə proqramlarını tam ləğv etmədiyi təqdirdə bunun nəticələri ilə üzləşəcəyi barədə kiminsə İrana xəbərdarlıq verdiyindən əmin deyil. Dövlət katibi bildirib ki, iran şərtə əməl etmədiyi təqdirdə BMT-nin təhlükəszlik şurasının saksiyaları ilə üzləşəcəyini dərk etməlidir. Kodoliza Rays deyib ki, İran Avropa ölkələri ilə müazakirələrdən öz nüvə fəlaiyyətərinin davam etdiriləməsi üçün vəsitə kimi istifadə edə bilməz. İranın bu ittihamları rədd etməsinə baxmayaraq, Birləşmiş Ştatlar onun gizli nüvə proqramına malik olduğunu iddia edir.

XS
SM
MD
LG