Accessibility links

Şamil Basayev öldüyü haqda yayılan şaiyələri təkzib edir - 2005-02-08


Axtarışda olan Çeçen separatçısı öz ölümü haqda dolaşan şaiyələri təkzib edən video açıqlayıb. Bu gün Qafqaz Mərkəzi adlı internet səhifəsində özünü Şamil Basayev kimi təqdim edən şəxs sağlam olduğunu bildirib. O, Çeçen separatçılarının lideri Aslan Məshədovun atəşkəs haqda verdiyi göstərişə əməl etdiyini söyləyib. Qafqaz Mərkəzi bildrib ki, video Bazar günü Çeçenistanda çəkilib. Qeyd edək ki, cənab Basayev Rusiyada həyat keçirilən bir neçə qəddar hücum üçün məsuliyyəti öz üzərinə götürüb. Bu hücumlara keçən il l Beslanda məktəbin ələ keçirilməsi və Rus qüvvələrinin ora hücumu nəticəsində 330 insanın öldüyü faciə daxildir. Rusiya mediası bu günlərdə xəbər vermişdi ki, cənab Basayev öldürülüb.

XS
SM
MD
LG