Dövlət Katibi Kondoliza Rays cümə axşamı İordan Çayının Qərb Sahili daxil edilməklə 9 ölkəyə səfərə çıxacaq. Dövlət Departamenti bildirir ki, xanım Rays bu ayın axırlarında prezident Buşun Fransa və Almaniyanın liderləri ilə keçirəcək zirvə toplatısının hazırlıq məsələlərini Fransa və Almaniyanın rəsmiləri ilə müzakirə edəcək. Almaniya və Fransa Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələrinin İraqa qarşı müharibəyə başlamasının əleyhinə çıxış etmişdi. Xanım Rays ilk məruzəsini Parisdə edəcək. O, yolüstü Britaniya və Polşada dayanacaq və onlara İraqa hərbi qüvvələr göndərdiklərinə görə təşəkkürünü bildirəcək.