Accessibility links

İraqda ilk demokratik seçkilər keçirildi - 2005-01-30


Bu gün İraqda son əlli ildə ilk dəfə demokratik seçkilər keçirilib. Çoxpartiyalı seçkilərin iştirakçıları yaraqlıların zorakılıq təhlükələri qarşısında fəallıq nümayiş etdiriblər. Bu gün səhər Amerikanın hərbi vertolyatları seçkilərin azadlıq və sabitlik gətirəcəyi ümidi ilə səsvermə məntəqələrinə gedən minlərlə iraqlının təhlükəszliyini təminat altına almaq məqsədi ilə Bağdadın Karrada bölgəsi üzərində keçik çəkiblər. Bu gün İraqın bir çox yerində növbələrdən baqmaqları mürəkkəbli, üzlərində təbəssüm olan insanlara rast gəlmək olardı. Barmaqlarda qalmış mürəkkəb izləri onların səs vediyinə işarə idi. Seçki məntəqələrinin açılışıqndan 6 saat sonra 7 məntəqəyə qarşı kamikadze hücumu həyata keçirilib. Hücumların sayı bu gün həm də sünnülərin seçkilərdə iştirak etməməsi ilə də yüksəlib. İraqda əqəliyyət təşkil edən və bir zamanlar İraq siyasətində üstünlüyə malik olan sünnülər əksəriyyətdəki şiə müsəlmanlar tərəfindən kənarda saxlanılacağından ehtiyat edirdilər.

XS
SM
MD
LG