İraqın baş nazir müavini Barham Salihin bildirdiyinə görə, iordaniyalı terrorçu Əbu Müsab Əl-Zərqavinin hərbi məsələlər üzrə məsləhətçisi, 31 yaşlı Ənad Məhəmməd Qeys ələ keçirilb. Bu bəyanat İraq rəsmilərinin Əl- Zərqavinin Bağdad komandiri də daxil edilməklə, iki digər yardımçısının həbs edildiyini elan etməsindən bir neçə saat sonraya təsadüf edir. İraqın təhlükəszlik məsələri üzrə müşaviri Qasım Davudun bildirdiyinə görə, maliyyə və təchizat plaşdırmaları ilə məşğul olan Bağdad komandiri son bir neçə ay ərzində Əl-Zərqavi ilə 40 dəfədən artıq görüşmüşdür.