Accessibility links

Ş.Peres:İran problemini dünya həll etmələdir - 2005-01-24


İsrailin keçmiş baş naziri Şimon Peres həmvətənlərini İrana qarşı təktərəfli addımlar atmamağa cağırıb. Bu gün İsrail radiosina müsahibə verən cənab Peres deyib ki, nüvə silahları istehsal etməyə çalışan İran Yaxın Şərqdə ən böyük problemdir. Lakin o, eyni zamanda dünyanın İranın öhdəsindən gəlməli və Tehranın nüvə silahı istehsal edib-etməsinə dair mübahisələrin dünya ictimaiyyətinin həll etməli olduğunu deyib. Keçən həftə ABŞ-ın vitse-prezidenti Dik Çeyni demişdi ki, Tehran nüvə qabiliiyətinə görə ittiham edilmiş olsa, İsrail İrana qarşı vaxtından əvvəl ölçülər götürməlidir.

XS
SM
MD
LG