İraqda olan militant qrup bildirib ki, onlar başqalarına nümunə üçün Birləşmiş Ştatların hərbi qüvvələri ilə əməkdaşlıq edən 15 nəfər İraq Milli Qvardiya əsgərini cəzalandırıb. Milli Qvardiyanın 15 nəfər əsgəri keçən həftə Bağdadın qərbində pusquya düşərək qətlə yetirilib. Bu gün Ənsar əl Sünna ordusunun Veb səhifə vasitəsi ilə edilən iddiası hələ ki, təsdiq edilməyib. Lakin bu hücumların məqsədi seçicilərin gələn bazar günü keçiriləcək seçkilərdə iştirakına mane olmaqdır. Bu gün verilən məlumatda bildirilir ki, gələn şənbə və bazar günləri Bağdad aeroportu bağlanacaq və bəzi şəhərlərdə komendant saatı tədbiq ediləcək. Xaricdə yaşayan iarqlıların səsvermədə iştirakını təşkil edənlər isə bildiriblər ki, onlar bir milyona yaxın adamın qediyyatdan keçəcəyinə ümid edirdilər. Lakin indiyə qədər ancaq 93 000 nəfərin qeydiyyatdan keçdiyi bildirilir. Ona görə də qeydiyyatın vaxtı gələn çərşənbəyə qədər uzadılıb.