Accessibility links

Fələstin prezidenti yaraqlıların liderləri ilə danışıqlar aparır - 2005-01-19


Qəzzə Zolağı və İordan Çayının Qərb Sahilində olan təhlükəsizlik qüvvələrinin başçısı deyir ki, yaraqlıların İsrailə qarşı hücumlarının qarşısını almaq üçün təhlükəsizlik qüvvələrini Qəzzə Zolağı ilə İsrail arasındakı sərhəd məntəqəsində yerləşdirəcək. Fələstin yaraqlılarının İsrailə qarşı həyata keçirdikləri hücumların qarşısını almaq üçün Fələstin rəbərləri təzyiqlərə məruz qalır. Keçən çərşənbə axşamı Həmas qrupunun bir intiharçısı Qəzzə Zolağının cənubundakı yəhudi yaşayış məntəqəsi yaxınlığında İsrailin keçid məntəqəsinə etdiyi hücum nəticəsində Şin Beit təhlükəsizlik xidmətinin bir qulluqçusu həlak olmuş, 7 əsgər yaralanmışdır. Həmas qrupu hücumun məsuliyyətini üzərinə götürüb. Ramallah Birzeit Universitetinin professoru Nadir Səid deyir ki, əgər prezident Məhmud Abbas beynəlxalq ictimaiyyətin tələbinə əsasən yaraqlıların İsrailə qarşı hücumlarını dayandıra bilməsə çox çətin bir vəziyyətlə üzləşə bilər. Bu arada İordan çayının qərb sahilinin Əl-Aqsa şəhidlər briqadasının lideri deyib ki, onun başçılıq etdiyi qrup cənab Abbasın təklifinə əsasən İsraillə atəşkəsə razılıq verəcək. Cənab Abbas Qəzzə zolağına gedərək oradakı Həmas və Cihad qruplarının liderləri ilə görüşüb. Onun bu görüşlərdən məqsədi İsrailə qarşı hücumların qarşısını almaqdır. Cənab Abbas təhlükəsizlik qüvvələrinin komandirlərinə yaraqlıları nəzarət altına almaq üçün sərəncam verib. İsralin Baş Naziri Ariel Şaron Fələstin Muxtar idarəsilə rabitələrini yenidən bərpa edib.

XS
SM
MD
LG