«Yeni Müsavat» qəzetinin baş redaktor əvəzi Qabil Abbasoğlu qəzetin çapının dayandırılmasının siyasi səbəblərlə bağlı olduğunu bildirir. Onun sözlərinə görə, son illər yerli məhkəmələr qəzeti 160 min ABŞ dolları cərimələyib. Bundan sonra qəzetin bank hesabına həbs qoyulub. Bu isə nəşrin dayandırılmasına səbəb olub.