ABŞ-ın İraqdakı hərbiçiləri Mosul şəhəri yaxınlığında insan tələfatı ilə nəticələnən ABŞ hərbi bazasına qarşı hücumla bağlı istintaq aprıldığını deyirlər. Dünən Amerikanın hərbi bazasında baş vermiş və 22 nəfərin ölümü, 72 nəfərin yaralanması ilə nəticələnmən şıddətli partlayışın səbəblərinin araşdırılması üçün ABŞ hərbiçiləri bir grup mütəxəssisi İraqın şimalındakı Mosul şəhərinə göndərmişlər. İlkin məlumatlarda bildirilir ki, bazanın yemək çadırı ya raket, ya da mina zərbəsinə məruz galmışdır. Lakin hələlik bu məlumatlar dəqiq deyil. Hücumun məsuliyyətini üzərinə götürmüş militant grupu bəyan etmişdir ki, partlayış intiharçı tərəfindən törədilib. Ölənlər arasında 14 hərbiçi, 4 kontrakt işçisi və İraq təhlükəsizlik güvvələrinin 4 nümayəndəsi yer alır. Yaralananların əksəriyyəti Amerikanın xidmət idarələrinin işçiləridir. Ən agır yaralananlar müalicə üçün ABŞ-ın Almaniyadakı hərbi hospitalına göndərilib. Bu gün Mosul küçələri boş, şəhərin 5 körpüsü bağlıdır. Amerika tankları və goşunları şəhərdə yerləşdirilib. Hərbi vertolyotlar vəziyyətə havadan nəzarət edirlər.