Accessibility links

Türkiyə xalqı Avropa Birliyinə daxil olması barədə danışıqlara başlanması xəbərini alqışlayır - 2004-12-18


Bu gün dörd min insan Türkiyə paytaxtı Ankarada toplaşaraq Avropa Birliyi ilə müvəffəqiyyətli danşıqlardan qayıdan baş nazir Rəcəb Təyyib Ərdoğanı hərarətlə qaşılamışlar. Temperaturun sıfıra yaxın olmasına baxmayaraq Avropa Birliyinin bayrağını yellədən türklər atəşfəşanlıqla birliyin Türkiyənin üzvlüyü barədə gələn oktyabr danışıqlara başlaması qərarını qeyd etmişlər. İzdiham qarşısında çıxış edən baş nazir Ərdoğan deyib ki, Türkiyə indi mühüm tarixi mərhələni yaşayır və birliyə daxil olmaq üçün çox çalışmalıdır. Əlavə edək ki, Avropa Birliyi Türkiyə ilə üzvlük danışıqlarına başlamaq üçün Ankara üzərinə sərt şərtlər qoymuşdur.

XS
SM
MD
LG