Accessibility links

Fəllucə sakinləri şəhərə qayıda bilər - 2004-12-09


Birləşmiş Ştatların İraqdakı hərbi dəniz qüvvələrinin komandiri general-leytenant Con Sattlerin dediyinə görə, Fəllucədəki yaraqlılar və onların silahlarının 97 faizi məhv edilib və dekabr ayının 24-dən etibarən şəhər sakinləri evlərinə qayıda bilər. O, şəhərə qayıdan hərbi xidmət göstərə bilən bütün kişilərə şəxsiyyət vərəqəsi veriləcəyi, məlumat bazasına salınmaları üçün barmaq izlərinin götürüləcəyi və göz almalarının şəklinin çəkiləcəyini bildirib. Bu arada İraqın patytaxtı Bağdad və şimal Mosul şəhərlərində zorakılıqlar davam edir. Bü gün İraqın Milli Qvardiyasının bazası və İtaliyanın Bağdaddakı səfirliyinə qarşı minomyot hücumları nəticəsində 3 iraqlı öldürülüb, 5-i yaralanmışdır. Yaraqlıların mane olmağa çalışdıqları seçkilər üçün namizədlərin qeydiyyat prosesi sabah başa çatır.

XS
SM
MD
LG