Accessibility links

ABŞ kəşfiyyat orqanlarında islahatlarla bağlı yeni qanun layihəsi təsdiq etdi - 2004-12-08


Konqresin Nümayəndələr Palatası uzun müzakirələrdən sonra kəşfiyyat orqanlarında islahatlarla bağlı qanun layihəsini təsdiq edib. Amerikanın Səsinin müxbiri Keyti Skarrah xəbər verir ki, bir ay çıxılmaz vəziyyətdə qaldıqdan sonra ABŞ qanunvericiləri Amerikanı yeni terror hücumlarından qorumaq məqsədi güdən kəşfiyyat sistemində islahatlar paketinin qəbul edilməsinə səs verdilər. Qanun layihəsi ölkəni 15 kəşfiiyyat agentliklərində struktur dəyişikliklərini, bu qurumlara nəzarəti həyata keçirəcək kəşfiyyat idarəsinin rəisi vəzifəsinin yaradılması və bir neçə agentliyin birləşməsindən ibarət olacaq əks-terror mərkəzinin yaradılmasını nəzərdə tutur. Keçən ay Nümayəndələr Palatasında iki nüfuzlu konqresmen qanun layihəsinin qəbul edilməsinə etirazıalarını ifadə edərək bununla Amerikanın kəşfiyyat orqanlarına kömək deyil, əksinə, yeni bürokratik səddlər yaradılacağını demişdilər. Konqresin hərbi xidmətlər komitəsinin sədri, respublikaçı konqresmen Dunkan Hanter Senat tərəfindən artıq qəbul edilmiş qanun layihəsinin hərbi qüvvələrin döyüş zamanı kəşfiyyatla bağlı böyük əhəmiyyətə malik informasiyanı almaq imkanını məhdudlaşdırdığını bildirmişdi. Konqresmenin fikrincə, beləliklə, kəşfiyyat peyklərinin hərbi nəzarətdən çıxarılaraq mülki nəzarətə keçməsi hərbi qüvvələrin qabiliyyətini təhlükə altına alır. Lakin Ağ Evin son ana qədər apardığı lobbiçilik fəaliyyəti konqresmeni hərbi komandirlərin məxfi kəşfiyyat sənədlərilə tanış olmaq imkanın olacağına inandıra bildirmişdir. Bu həftənin əvvəli 2001-ci il sentyabrın 11-i hadisələrinin qurbanlarının ailə üzvləri Ağ Ev və Konqresdə ölkəni potensial təhlükələrdən qorumaqla bağlı informasiyanın federal idarələr arasında daha yaxşı bölüşməsi üçün qanun layihəsinin qəbul edilməsi məqsədilə lobbiçilik fəaliyyəti aparmışlar. Anası Dünya ticarət mərkəzinin binalarına dəymiş təyyarələrdən birində bələdçi olan Kari LeMak edyir ki, bu qanun layihəsi Amerikaya qarşı gələcək hücumların qarşısının alınması üçün qəbul edilməlidir. İslahatlarla bağlı qanun layihəsi Senatda problemsiz qəbul edilmişdir. Layihənin yaradaıcılarından biri olan demokrat senator Co Liberman demişdi ki, qanun Amerikanı daha təhlükəsiz etmək üçün kəşfiyyat orqanlarının işinin daha yaxşı əlaqələndirilə bilməsini təmin edəcək. Konqresin bəzi üzvləri qanun layinəsinə etirazlarını terrorçuların öləkəyə daxil olmasınıın qarşısının alınması üçün qeyri-qanuni mühacirət və siyasi sığınacaq verilməsi məsələlərində daha ciddi tədbirlərin görülməsi istəyilə izah edirdilər. Bu məsələləri gələn ay Konqres yeni tərkibdə işi başlayarkən müzakirə ediləcək.

XS
SM
MD
LG