Accessibility links

Fransanın hakim partiyasına yeni sədr seçildi - 2004-11-28


Fransanın hakim mühafizakar partiyası prezident Jak Şirakın rəqibi, iqtisadiyyat naziri Nikolas Sarkozini böyük əksəriyyətlə partiyaya sərd seçib. Nazir səslərin Xalq Hərəkatı partiyasının yığıncağında 85 faizini əldə edib. Bu isə onun 2007-ci il prezident seçkilərində namizədliyini irəli sürməsinə təkan verir. Nikolas Sarkozi prezident Şirakın siyasətini tənqid edərək, Türkiyənin Avropa Birliyinə üzvlüyünün əleyhinə və məhdud əlaqələr tərəfdarı olduğunu deyib. Paris yaxınlığında təşkil edilən yığıncaqda prezident Şirak iştirak etməyib.

XS
SM
MD
LG