Pakistanın keçmiş baş naziri Benazir Bhutto həyat yoldaşının təhlükəszliyi ilə bağlı hökumətlə razılıq əldə etdiyinə dair ittihamları rədd edib. Xatırladaq ki, xanım Bhuttonun 8 il əvvəl korrupsiya və pis idarəçilik ittihamı ilə vəzifəsindən kənar edilməsindən sonra onun həbs edilən həyat yoldaşı Asif Əli Zərdari dünən zəmanətə buraxılsa da, 8 məsələ ilə bağlı qanuni proseslər qarşısındadır. Dubayda yaşayan xanım Bhutto bugünkü bəyanatında bildirib ki, onun sədrlik etdiyi Pakistanın Xalq Partiyasının rəsmiləri Pakistan hökuməti ilə barışıq danışıqları aparsa da, görüşdə onun həyat yoldaşının azad edilməsi məsələsi yer almamışdı.