Pakistan prezidenti deyir ki, Hindistanla sülh hər iki tərəfdən üzüyola olmağı tələb edir. Bu gün Lahor şəhərində jurnalistlərlə söhbət edən Pervez Müşərrəf deyib ki, onun hökuməti Hindistanla münasibətləri yaxşılaşdırmağa hazırdır. Eyni zamanda o, əlavə edib ki, Hindistanın nümayiş etdirdiyi sketisizm bu sonuca maneə törədir. Pakistan və Hindistan uzun illərdən bəri Himalay regionundakı Kəşmir vilayəti üstündə münaqişə aparırlar. Son zamanlar hər iki hökumət sülh təklifləri ilə çıxış etməyə başlayıb. Bu təşəbbüslərin tərkib hissəsi olaraq bu gün Hindistan Kəşmirdən 3 min qoşununu çıxarıb.