İran xaricdəki müxalif qrupun Tehranın gizli nüvə obyektlərinə malik olduğuna dair iddilarını rədd edib. İranın nüvə məsələləri üzrə nümayəndəsi Hüseyn Musəviyan bu gün müxbirlərlə görüşü zamanı deyib ki, bu obyektin nüvə istehsalı ilə heç bir əlaqəsi və İranın heç bir gizli nüvə fəaliyyəti yoxdur. İranın nüvə obyektinin mövcudluğu ilə bağlı iddiaları dünən müxalif Milli Müvavimət Şurası irəli sümüşdü.