Fələstin baş naziri Əhməd Qureya Yasir Ərafatın ölümünün səbəbini araşdırmaq üçün komissiya yaradıb. Fələstin lideri keçən həftə Parisdə bir həftəlik komadan sonra beyinə qan-sızması nəticəsində vəfat etdi. Fransız hökumətiu Ərafatın ölümünün səbəbini onun yaxın ailəsindən başqa bir kimsəyə açıqlamaqdan imtina edib. Bu gün İordaniyanın Qərb Sahilində çıxış edən Əhməd Qureya bildirib ki, yaxın zamanlarda bu komissiya Parisə səfər edərək Fransız rəsmilərindən məlumat əldə etməyə çalışacaq. Ərafatın ölümü haqda detalların açıqlanmaması Ərəb dünyasında onun İsrail tərəfindən zəhərləndiyi haqda şaiyələrin yayılmasına səbəb olub.