BMT Təhlükəsizlik Şurası yekdilliklə Fil Dişi Sahilindəki hökumət və qiyamçı qüvvələrinə qarşı 13 aylıq silah embarqosunun tətbiq edilməsini təsdiqləyib. Fransa tərəfindən hazırlanmış qətnamə dərhal qüvvəyə minir. Bu qətnamənin məqsədi Fil Dişi Sahilində münaqişə aparan tərəfləri sülh prosesinə yenidən qatıllmağa vadar etməkdir. Həmçinin bu gün BMT-nin qaçqınlar üzrə agentliyi 10 mindən çox adamın Fil Dişi Sahilini tərk edərək Liberiyaya pənah apardığını xəbər verib. Prezident Laurent Qbaqonun tərəfdarları Fransız vətəndaşlarına hücum etdikdən sonra minlərlə xarici vətəndaş artıq bu ölkəni tərk edib. Xatırladaq ki, keçən həftə hökumət qüvvələri qiyamçıları bombardman etdikdən və bu arada 9 Fransız əsgərini və 1 Amerikalını öldürdükdən sonra Fransa Fil Dişi Sahilinin kiçik hava qüvvəsini məhv edib.