Accessibility links

Hindistan hər-hansı formal təklifi nəzərdən keçirməyə hazırdır - 2004-11-13


Hindistan rəsmisi bildirib ki, onun hökuməti Kəşmirdə sülhün bərqərar olması ilə bağlı Pakistan hökumətindən gələn hər hansı formal təklifi nəzərdən keçirməyə hazırdır. Hindistanın Xarici İşlər Naziri bu bəyanatı jurnalistlərə bu gün, Qahirədən dönərkən vermişdir. O, Misirə Yasir Ərafatın dəfn mərasimində iştirak etmək üçün getmişdi. Xatırladaq ki, keçən ay iftar məclisini açarkən Pakistan prezidenti Pərviz Müşərrəf ölkələrarası sülhə yönəlmiş bir sıra qeyri-formal açıqlamalar vermişdi. Ötən cümə axşamı Hindistanın baş naziri Kəşmirdə olan Hindistan qoşunlarını azaltmaq təklifi ilə çıxış etmişdi.

XS
SM
MD
LG