Accessibility links

Qureya dünya ictimaiyyətini sülh prosesinə köməyə çağırır - 2004-11-13


Fələstinin baş naziri Əhməd Qureya deyib ki, Fələstinə seçiləcək yeni prezident seçkiləri yavar ayının 9-na keçirilir və o, beynəlxalq ictimaiyyəti Yaxın Şərq sülh prosesi məsələsində köməyə çağırıb. Cənab Arafatın Ramallahda keçirilən dəfn mərasimindən sonra cənab Qureya bu gün prezident Buşu, İsraili və dünyanı sulh üçün fürsəti əldən verməməyə çağırıb. Dünən Vaşinqtonda prezident Buş və Britaniyanın baş naziri Toni Bleyer Fələstində keçiriləcək seçkilərə kömək edəcəklərinə söz vermişlər. Beş il İsrail həbsxanasında həbsdə olmuş və indi Fələstinin Fətah qrupunun baş katibi Mərvan Barqhoti prezident seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürəcəyini bildirib.

XS
SM
MD
LG