Accessibility links

İyad Ələvinin yaxın qohumları girov götürülüb  - 2004-11-10


ABŞ və İraq hərbi qüvvləri Fallücənin şimal-qərbinin Colan hissəsində döyüşləri davam etdirirlər. Hazırda onlar şəhərin 70 faizinin nəzarətini ələ keçiriblər. Bağdadda isə yaraqlılar İraqın müvəqqəti hökumətinin baş nazir İyad Əlavinin yaxın qohumlarını girov götürərək, Fallucəyə hücumların dayandırılmasını tələb edirlər. Müxbirlər Amerika hərbi qüvvələrinin yüksək rütbəli şəxslərinə istinadən bildirirlər ki, Amerika və İraq əsgərlərinin cümə günü Fallucəyə nəzarəti tam ələ keçiricəyi gözlənilir. ABŞ rəsmilərinin bildirdiyinə görə, Amerika və İraq hərbi qüvvələri şəhərin bələdiyyə idarəsinə, əsas körpülərə, hökumət binalarına və məscidlərə nəzarət edirlər. İraq hərbi qüvvələrinin nümayəndəsi isə bildirib ki, İraq əsgərləri Fəllucənın şimalında yaraqlıların girovları saxlayıb qətlə yetiridikləri bir neçə evi ələ keçiriblər. Müvəqqəti hökumətin baş naziri İyad Ələvi dünən Əl Ərəbiyyə Peyk tele-kanalına verdiyi müsahibəsində deyib ki, o, Fallucədə mülki vətəndaşlar arasında tələfatın olmaması üçün bütün imkanlardan istifadə edir. O, qiyamçıları məscid, məktəb və xəstəxanalardan istehkam kimi istifadə etməkdə ittiham edib. Bu arada naməlum bir qrup Bağdadda cənab Ələvinin əmisi oğlu Qazi Ələvini, onun həyat yoldaşını və gəlinini girov götürərək bildiriblər ki, Fallucəyə hücumlar 48 saat ərzində dayandırılmasa və bütün məhbuslar azad edilməsə girovları qətlə yetirəcəklər. Baş nazirin ofisinin hadisə ilə bağlı açıqladığı bəyanatında qeyd edilib ki, “bu əməliyyat hökumətin terrorçulara qarşı mübarizə aparmaq əzmini qıra bilməyəcək” Amerika hərbi qüvvələrinin rəsmilər deyirlər ki, Fallucəyə hücumlar zamanı 11 Amerika və 2 İraq əsgəri həlak olub. Yaraqlıların itgisi barədə rəsmi məlumat əldə edilməyib.

XS
SM
MD
LG