Bu gün prezident Buş İraq və Əfqanıstanda yaralanan əsgərlərə baş çəkib. Birinci xanım Lora Buşun müşaiyəti ilə prezident Vaşinqtonda yerləşən Volter Reed hərbi tibbi mətkəzdə olub. Keçən mart ayında da prezident yaralı əsgərlərlə görüşü zamanı onların bəzilərini Purple Hearts medalları ilə təltif etmişdi. Ağ Evin bildirdiyinə görə, prezident ölkə adından əsgərlərə təşəkkürünü bildirib. Prezidentin əsgərlərlə görüşü Amerika və İraq qüvvələrinin Fəllucənin nəzarəti uğrunda aparılan döyüşlər vaxtına təsadüf edir.