Accessibility links

Yapon əsgərləri qeyri-döyüş zonalarında yerləşə bilər - 2004-11-08


Yaponiyanın baş naziri Yuniçiro Koizumi bildirib ki, İraqda fövqəladə vəziyyətə baxmayaraq, oradakı yapon qüvvələrinin yerləşdiyi zonanı qeyri-döyüş zonası hesab edir. Yaponiyanın 500 əsgərdən ibarət hərbi qüvvəsi İraqın Samava şəhərində infrastrukturun bərpası və şəhərin təmiz su ilə təmin edilməsinə yardım edir. Tokio üçün ərazinin təhlükəsizliyi böyük əhəmiyyət kəsb edir. Belə ki, Yaponiya qanunlarına əsasən xaricə göndərilən qüvvələr yalnız qeyri-döyüş zonalarında yerləşdirilməlidir.

XS
SM
MD
LG