Accessibility links

Prezident Buşun həftəlik radio müraciəti - 2004-11-06


Prezident Buş bu gün həftəlik radio müracəti zamanı ikinci dövr prezidentliyinin gündəliyindəki məsələlərin həyata keçirilməsi üçün bütün amerikalıların yardımına ehtiyac duyulduğunu bildirib. Prezident Buş qlobal inkişaf, terrorizmin məğlubiyyəti və demokratiyanın təbliğində beynəlxalq müttəfiqlərinə əl uzadacağına vəd verib. Prezident öz ölkəsində səhiyyə, təhsil, vergi sahələrində islahatlar aparıb, təhlükə altında olan sosial təminat sistemini müdafiə edəcəyinə söz verib. Prezidentin radio müraciətinə cavab olaraq demokaratların nümayəndələr palatasındakı lideri Nensi Pelosi demokratların prezidentlə birgə çalışmağa hazır olduğunu deyib. Lakin o, eyni zamanda demokaratların prezidentin sosial təminat sisteminin özəllləşdirilməsi və yardımların kəsilməsi planına qarşı mübarizəyə qalxacağını bildirib.

XS
SM
MD
LG