Accessibility links

Bu gün ABŞ-da prezident seçkiləri keçirilir - 2004-11-02


Bu gün amerikalı seçicilər ölkə prezidentini seçmək üçün səs verirlər. Seçicilər arasında hər iki namizedə verilən dəstək olduqca yaxındır. Namizedlərin seçkiqabağı kampaniyasında İraq müharibəsi, iqdisadiyyat və tibbi sığorta məsələləri əsas yer tutmuşdur. Prezident Buş sakini olduğu Texasın Kravford şəhərində ailəsiylə birlikdə səs verdikdən sonra müxbirlərlə qısa söhbət aparmışdı. “Bu, etimad kampaniyasıdır. Ölkənin təhlükəsizliyini təmin üçün kimə inanardınız. Amerika xalqını qorumaq üçün kimin qətiyyətli və möhkəm rəhbərliyinə inanırsınız?”- deyə prezident bildirmişdir. Demokrat Partiyasından prezidentliyç namizəd Con Kerri artıq kampaniyasını başa çatdırıb, Bostona getmişdir. O, Ohayo ştatında seçiciləri dəyişikliyə səs verməyə çağırmışdır.

XS
SM
MD
LG