Accessibility links

İraqda 49 əsgər cəsədi aşkar eilib - 2004-10-24


Şənbə günü gecə Bağdadın şimalında İraqın yeni təsis edilmiş ordusu tərəfindən 49 əsgər cəsədi aşkar edilmişdir. Pusquya salınan bu əsgərlərin yaraqlıların hucumana məruz qaldığı bildirilir. İraqın Daxili İşlər Nazirliyinin rəsmilərinin bildirdiyinə görə İraq əsgərləri dünən gecə İranla 50 km sərhəddə yerləşən Baquba şəhərinin cənubunda yaşadıqları məntəqəyə qayıdarkən yaraqlılar tərəfindən hücuma məruz qalmışlar. Şahidlərin dediyinə görə İraq hərbiçilərinin mikro-avtobuslarına qarşı raketlərdən atılan qurmbaralarla hücum edilmişdi. Əsgərlər yerə uzanmağa məcbur edilmiş və güllələnmişlər. Daxili İşlər Nazirliyi bildirir ki, onlar hərəsində 12 cəsəd olmaqla cərgəyə yığılmışdı. Bəzi rəsmilərin dediyinə görə əsgərlər evlərinə qayıtdıqlarına görə silahsız idilər. Müvəqqəti hökumət rəsmiləri hücumun məsuliyyətini üzərinə alan olmadığını bildirir. Onlar həmin hücumda nə qədər yaraqlının iştirak etdiyinin məlum olmadığını da deyirlər. Əsgərlər Bağdaddan 90 km şimalda yerləşən Kirkuş hərbi bazsında xidmət göstəriridilər. Dünən başlanan cəsədlərlərin çıxarılması prosesi bu gün də davam etmişdi. Bu arada çərşənbə axşamı CARE Humanitar Yardım Təşkilatının başçısı Marqaret Həssənin həyat yoldaşı dünən televiziya vasitəsi ilə girovdarlara müraciət edərək, Allah və ərəbizm yolunda xanımının azad edilməsini istəmişdi. Xatırladaq ki, indiyədək girov götürülən yeddi qadın azad edilmiş, lakin amerikalılar da daxil edilməklə artıq 33 xarici kişi girov qətlə yetirilmişdir.

XS
SM
MD
LG