Accessibility links

İspaniyada 8 şübhəli həbs edilib - 2004-10-19


İspaniya rəsmilərinin bildirdiyinə görə dünən və bu gün islam militantlarına qarşı reydlər zamanı 8 şübhəli ələ keçirilib. Onlar Madrisdin milli məhkəməsinə qarşı bomba hücumu cəhdində günahlandırılırlar. Daxili işlər naziri Xose Antonio Alonso bildirib ki, son həbslər şimal Pamplona şəhərində həyata keçirilib. Dünən polis tərəfindən Madrid və digər şəhərlərdə 7 şübhəli ələ keçirilib. Həbs edilənlər arasında dörd əlcəzairli və bir mərakeşli yer alır. Reydlər zamanı partlayıcı maddələrin aşkar edilmədiyi bildirilir.

XS
SM
MD
LG