Accessibility links

Amerikada prezidentliyə namizədlər mübarizələrini intensivləşdirirlər - 2004-10-12


Amerika prezident seçkilərinə cəmi 3 həftə qalmış, iki iri partiyanın namizədləri bir-birinə etdikləri hücumları bir qədər də gücləndiriblər. Onların tonları getdikcə daha da sərtləşir.

Yenicə götürülmüş rəy sorğularına görə bərabər dəstəyə malik olan hər iki tərəf əlində olan bütün imkanlardan maksimum istifadə etməyə çalışır. Prezident Buş özünün seçki kampaniyası səfərlərində Con Kerrinin tənqidinə yönəlmiş yeni mövzulu çıxışlar edir.

Cənab Buş Respublikaçılar Partiyasının sıravi üzvlərini öz ətrafında birləşdirməkdən əlavə öz tərəfinə yeni seçicilər çəkməyə çalışır. Prezident buna Con Kerrini vergiləri artırmaq istəyən solçu və terrorçuluğa qarşı mübarizədə dəyanətsiz mövqe tutan adam kimi təsvir etməklə nail olmaqla istəyir. Nyu Meksikoda keçirilən seçki kampaniyası nümayişində Senator Kerri Nyu York Times Məcmusəinə verdiyi müsahibəsində münasibət bildirən Corc Buş deyib:

Senator Kerri terrorçuluğu sitat zəhlə-tökən fenomen səviyyəsinə endirməkdən söhbət açıb, onu fahişəlik və qeyri-qanuni qumarbazlıqla müqayisə edib. Bax mən bununla qətiyyən razılaşa bilmərəm. Bizim məqsədimiz terrorçuluğu zəhlətökən səviyyəyə endirmək deyil. Bizim məqdəsimiz terroru məğlub etmək və dünyada azadlığı yaymaqdır.

Həmin deyilən müsahibədə Con Kerri terrorçulara qarşı hərbi və diplomatik mübarizənin vacibliyini önə çəkmişdi. Orada bir məqamda keçmiş ittihamçı kimi danışan Con Kerri bu problemi mafiya ilə mübarizə səviyyəsinə endirmək haqda söz açmışdı.

Kerrinin kampniya müşavirləri bu şərhlərin kontekstdən çıxarıldığını deyir və prezidenti Demokratik rəqibini zəif iradəli adam kimi təsvir etməkdə ittiham edirlər.

Cənab Kerri bu məsələyə dünən münasibət bildirməyib. Əvəzində o, artan neft qiymətlərinə diqqət yetirib. Onun dediklərinə görə Buş administrasiyasının enerji siyasəti iri biznesə yardım edir və Amerika istehlakçıları bunun qiymətin ödəyirlər.

Corc Buş hakimiyyətə gələndən bəri yanacaq qiymətlərinin qalxması Amerika istehlakçısına 34 milyard dollara başa gəlib. Bütün bunlardan siz bilən kim mənfəət götürür. Bəli, o adamlar ki, Buşun enerji planın işləyib hazırlamışdılar -- böyük neft şirkətləri.

Kerrinin çıxışı kampaniyanın gələcək planlarına bir növ revyu idi. Çərşənbə günü iki əsas partiyanın namizədləri üçüncü və sonuncu debat üçün görüşəcəklər. Arizona ştatında keçiriləcək bu debatda əsas diqqət yanacaq qiymətlərinə, vergilərə, təhsilə və tibbi xidmətə ayrılacaq.

XS
SM
MD
LG