Accessibility links

Lahorda partlayış zamanı 3 adam həlak olub - 2004-10-10


Pakistan rəsmiləri Lahorda şiə məscidində bomba partlayışı nəticəsində 3 adamın öldüyünü, bir neçə yaralandığını bildiriblər. Polis parlayışın Pəncab vilayətindəki şəhərin qədim hissəsində yerləşmiş məsciddə baş verdiyini deyib. Hələlik hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb. Bugünkü hücum vilayətdə dini obyektlərə qarşı üçüncü hücumdur. Oktyabrın 1-də Silakot şəhərində şiə məscidində 31 adamın ölümülə nəticələnmiş hücum həyata keçirilmişdir. Bundan 6 gün sonra isə Multan şəhərində sünnü müsəlman radikal qüvvələrin toplaşdığı yerdə avtomobildə yerləşdirilmiş bomba partlayışı nəticəsində 40 adam həlak olmuşdur.

XS
SM
MD
LG