Accessibility links

Çeçenistanda prezident seçkilərinin pozulmasına cəhd edilib - 2004-08-29


Çeçenistanın seçki nümayəndələri səsvermə məntəqəsi yaxınlığında bir nəfərin özünü partlatdığını deyirlər. Əlindəki bağlama ilə əlaqədar polisin sorğu-sualından qaçan bu gənc Qroznı şəhərində həlak olmuşdur. Deyilənlərə görə o, partlayıcı qurğu ilə səsvermə məntəqəsinə girməyə cəhd göstərmişdi. Hadisə zamanı xəsarət alan olmayıb. Çeçenistanda prezident seçkiləri sıx təhlükəsizlik ölçüləri altında keçirilir. Belə ki, separatistlər seçkilərə mane olacaqları barədə hədə-qorxu gəlmişdilər.

XS
SM
MD
LG