Bu gün İraqın müqəddəs Nəcəf şəhərində Birləşmiş Ştatlar qüvvələri ilə şiə yaraqlıları arasında yenidən döyüşlər olub. Amerikanın döyüş təyyarələri səhər tezdən şiələrin İmam Əli Məscidi yaxınlığındakı mövqeyini atəşə tutublar. ABŞ hərbiçiləri döyüşlər haqda məlumat vermir və yalnız döyüşlərin davam etdiyini bildirirlər. Radikal ruhani Moqtəda Əl Sədrə sadiq döyüşçülərlə Nəcəf ruhaniləri arasında aparılan danışıqlar hələ də çıxılmaz vəziyyətdədir.