Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsdfild Əfqanıstanın qarşıdan gələn prezident seçkilərində iştirak etmək üçün çoxsayda seçicinin qeydiyyatdan keçməsini alqışlayıb. Bu gün Kabildə çıxış edən müdafiə naziri Amerikanın Əfqanıstanın yenidənqurma işlərinə yardım edəcəyi ilə bağlı öhdəliklərinə əməl edəcəyini bir daha təkrar edib. Donald Ramsfild deyib ki, bütün dünya oktyabrın 9-u seçkilərinə böyük ümid bəsləyir. ABŞ-ın müdafiə naziri Həmid Karzay hökumətinin müharibədən sonrakı Əfqanıstanda bərqərar etdiyi sabitlik və nailiyyələri də yüksək qiymətləndirib.