Accessibility links

Afrika Birliyi Darfur problemini müzakirə edir - 2004-08-09


Afrika Birliyi bu gün yığıncaq keçirərək, Sudanın Darfur regionuna qüvvə yerləşdirilməsi məsələsini müzakirə edir. Birliyə üzv ölkələrin nazirləri 300 nəfərdən ibarət müşahidəçi missiyası təklifini nəzərdən keçirirlər. Eyni zamanda, Sudan kabineti Darfurda təhlükəszliyin təminat altına alınması və yaraqlıların tək-silahı ilə bağlı BMT ilə birgə fəaliyyət planını təsdiq edib. Sudanın xarici işlər naziri avqust ayının 23-də Nigeriya prezidenti Olusegun Obasanjonun ev sahibliyi edəcəyi sülh danışıqlarına nümayəndə heyəti göndəriləcəyini deyib.

XS
SM
MD
LG