İyul ayının 30-dan avqust ayının 2-dək Birləşmiş Ştatlar ilk dəfə beynəlxalq uşaq oyunlarına ev sahibliyi etmişdir. Dünya ölkələrindən 3 minə yaxın gənc idmançının toplaşdığı Ohayo ştatının Klevlend şəhəri 2004-cü il beynəlxalq uşaq oyunları yarışlarına səhnə oldu. 12-15 yaşları arasında gənc idmançılar səhnəyə əllərində ölkələrinin bayraqları ilə çıxmışdılar. 120 müxtəlif şəhərdən olan uşaqlar səhnədə rəqs də etmişdilər. Gənc idmançılar Klevlend universitetləri və parklarında təşkil edilən yarışlarda iştirak etmişdilər. Şəhərin mərkəzində dünya ölkələrinin musiqisi, mədəniyyəti, incəsənəti və yeməklərini nümayiş etdirən tədbir keçirilmişdi. Klevlend şəhərinin Konvensiya Mərkəzində təşkil edilən mərasimdə qonaqlar müxtəlif ölkələrin fərqli mədəniyyət nümanələri ilə tanış olma imkanı əldə etmişdilər. 2004-cü il beynəlxalq uşaq oyunları yarışları sülh, dostluq və qarşılıqlı anlaşmaya misilsiz bir nümunə olmuşdur.