Kenya İraqda girov götürülmüş vətəndaşlarının azadlığa buraxılmasını təmin etməkdən ötrü, öz vətəndaşlarını İraqı tərk etməyə səsləmişdir. Militantlar Çərşənbə günü 3 Kenyalını, 3 Hindi, və 1 Misirlini girov götürmüşlər. Onlar Kenya, Hindistan və Misri öz vətəndaşlarını İraqdan çıxarmadıqları halda hər 72 saatdan sonra bir girovu öldürəcəkləri ilə hədləyirlər. Girovdarlar həmçinin opğurlanmış sürücülərin Küveytli müdirini İraqda biznes etməyi dayandırmağa səsləyiblər. Hindistanın xarici işlər naziri Ərəb televizyası vasitəsilə Hinistanlı ğirovların buraxılması haqda müraciət etmişdir. Bu arada İraq polisi Dəclə çayında daha bir başsız bədən aşkar edib. Başqa xəbərlərdə Amerika qüvvələrinin Ramadi yaxınlığında 25 militantı məhv etdiyi və 25-ni yaraladığı bildirilir.