Accessibility links

ATƏT Azərbaycanda mətbuatın vəziyyətindən narahatdır - 2004-07-22


Avropa ali təhlükəsizlik təşkilatıın verdiyi bəyanata görə azad, pluralist və məsuliyyətli mətbuat Azərbaycanın demokratik gələcəyi üçün həyati əhəmiyyət kəsb edir. Avropa təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) bu haqda bəyantı bu gün, Azərbaycan Milli Mətbuat Günü qeyd olunarkən açıqlayıb. Bəyanat Azərbaycanın xəbər mediasında baş verən müsbət dəyişiklikləri nəzərə alaraq, eyni zamanda həllini gözləyən çox sayda problemlərin mövcud olduğunu bildirmişdir. ATƏTin Bakı ofisinin rəhbəri Maurizio Pavresi Prezidentin ictimai televiziya haqda parlament tərəfindən qəbul olunmuş qeyri-məqbul qanuna veto qoymasını və jurnalist İradə Hüseynovaya qarşı irəli sürülən ittihamların ləğv olunmasını alqışlamışdır. Eyni zamanda bu yaxınlarda Bakıda bir jurnalistin oğurlanması, qəzetlərə qarşı davam edən məhkəmə işləri və jurnalistlərə qarşı törədilən zorakılıqlar təşkilatın rəhbərliyini ciddi narahat edir.

XS
SM
MD
LG