Nyu York məhkəməsinin hakimi Amerikada tanınmış sahibkar Marta Stüarta aksiya birjasında həyata keçirdiyi transaksiya haqda yalan söylədiyi üçün beş ay həbs cəzası müəyyən etmişdir. Hakimin qərarına əsasən, Stüart daha beş ay ev dustağı olacaq və 30 min dollar məbləğində cərimə ödəyəcək. Evdarlığa dair jurnallar nəşr edib televiziyada xüsusi verilişlər hazırlayan və ev əşyaları istehsal edən Stüart böyük bir imperiya yarada bilmişdir. Məhkəmə Marta Stüartın həbs cəzası əvəzinə ictimai-faydalı əməklə məşğul olmaq xahişini rədd edib.