Accessibility links

Türkiyə sabiq baş naziri məhkəməyə cəlb olunacaq - 2004-07-13


Türkiyə Parlamenti böyük səs çoxluğu ilə Ali Məhkəməyə keçmiş baş nazir Məsud Yılmazın korrupsiya maddələri üzrə mühakimə edilməsinə səlahiyyət vermişdir. Məhkəmə Türkbank dövlət müəssisəsinin özəlləşdiriməsində cənab Yılmazın və onun iqtisad naziri Günəş Tanerin yol verdikləri fırıldaqçılıqla bağlı ittihamları nəzərdən keçirəcək. Bu skandal 1998-ci ildə cənab Yılmazın hökumətinin yıxılması ilə nəticələnmişdi; amma o vaxt baş nazirin özü məhkəməyə cəlb olunmamışdı. Qeyd edək ki, Məsud Yılmaz dəflərlə günahsız olduğunu bəyan edib.

XS
SM
MD
LG