Accessibility links

Xam neftin qiyməti son bir ayda ən yüksək həddə çatıb - 2004-07-06


İraq və Nigeriyiadan neft ehtiyatları axınının dayanmasından sonra bu gün Londonda neft qiymətləri son bir ayda ən yüksək həddə çatıb. Britaniyanın Brendt xam nefti iyunun ayının 3-dən sonra bu gün bazarda bir barrel üçün 37 dollara satılıb. Birləşmiş Ştatların yüngül xam neftinin qiyməti isə 39 dollara çatıb. İraqda neft kəmərinə hücumdan sonra ölkədən neft ixracı yarıya qədər azalmışdır. Nigeriyada isə neft sənayesi işçilərilə əlaqədar vəziyyət ölkədən neft ixracının 10 faizə qədər azalmasına gətirib çıxarmışdır. Bu gün Fransanın Total neft şirkəti vəziyyətlə əlaqədar Nigeriyada neft və qaz istehsalını dayandırdığını bəyan edib. Digər tərəfdən, təhlilçilər Rusiyada YUKOS şirkətinin vergilərilə balğı mübahisələr və OPEK-in neft istehsalının artırılmaya biləcəyinə dair son zamanlar işarə etməsinin yanacaq qiymətlərinə təsir etdiyini irəli sürürlər.

XS
SM
MD
LG