Uzaqdan idarə edilən qurğunın partlayışı Van şəhərinin əsas küçələrindən birində baş vermiş, vilayətinin valisini daşıyan maşında böyük dəlik açmışdı. Vali hadisədən xəsarət almadan xilas ola bilmişdir. Lakin yoldan keçənlərdən 6 nəfəri həlak olmuş, 20-dən artıq piyada yaralanmışdır. Türkiyə polisinin bildirdiyinə görə hücum PKK qrupunun üzvləri tərəfindən həyata keçirilə bilər. Qrup bu yaxınlarda adını Konqra-Gel-ə dəyişmiş və hökumətin sülh müzakirələrindən imtina etməsindən sonra elan etdiyi 5 illik atəşkəsin qüvvədən düşdüyünü bildirmişdir. Türkiyənin hakim Ədalət və İnkişaf partiyası artıq kürdlərin tələblərini qarşılayan addımlar atmış, kürd dilində tele-radio verilişləri və özəl dil dərslərinə icazə vermişdir.