Accessibility links

İranda 90 adam avtomobil qəzasının qurbanı olub - 2004-06-25


İranın cənub-şərqindəki Zahidan şəhəri yaxınlığında baş vermiş avtomobil qəzası nəticəsində 90 nəfərə həlak olmuş 100-dən çox adam yaralanmışdır. Faciə benzindaşıyan maşının altı sərnişin avtobusu ilə toqquşması nəticəsində baş verib. Nəticədə güclü partlayış olub. Qəza dünən axşam Zahidan-Bəm rayonunda nəzarət-buraxılış məntəqəsinin yerlədiyi ərazidə baş verib. Yaralıların əksəriyyəti yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır. Şahidlərin sözlərinə görə, hələ maşınlar toqquşmamışdan əvvəl bəzi sərnişinlər pasport nəzarətindən keçmək üçün avtobusları tərk etmişdi. Avtobusların əksəriyyəti qadın və uşaqlardan ibarət sərnişinləri diri-diri yanıblar.

XS
SM
MD
LG