Rusiyanın rəsmiləri deyirlər ki, qiyamçıların İnquş Muxtar respublikasında etdikləri hücumlar nəticəsində 92 nəfər həlak olub. İnquş Muxtar respublikası bu münasibətlə üç gün matəm elan edib. Ağır silahlarla silahlanmış yaraqlılar dünən axşam İnquş respublikasının üç şəhərində hökumət evlərinə və polis məntəqələrinə hücumlar təşkil etmişlər. Həlak olanların çoxu təhlükəsizlik qüvvələrinin rəsmi şəxsləridir. Onların arasında BMT-nin bir əməkdaşı və İnquş respublikasının daxili işlər naziri də var. Rusiya prezidenti Putin hücumdan bir neçə saat sonra İnquş Muxtar respublikasına gedib. O, bu hücumlarda məsuliyyət daşıyanları məhv edəcəyinə söz verib.