Accessibility links

Nepalda üsyançılar tərəfindən hücumlar davam edir - 2004-06-19


Nepal hökuməti bildirir ki, Maoçu üsyançıları tərəfindən polis maşınına və sərnişin avtobusuna edilən hücumlar nəticəsində azı 18 nəfər həlak olmuş, onlarla adam yaralanmışdır. Polis bildirib ki, üsyançılar polis maşınını paytaxt Katmandunun cənubqərbindəki bir kəndin yaxınlığında atəşə tutublar. Sərnişin avtobusu da həmin bölgədə atəşə məruz qalıb. Çin inqilabının lideri Mao Tszedunun adını daşıyan Nepal üsyançları 8 ildən bəridir ki, Nepalın konstitusiyalı monarxiya quruluşuna qarşı mübarizə aparırlar. Onlar ölkədə kommunist bir rejim yaratmağa çalışırlar. Bu vaxta qədər toqquşmalar nəticəsində 10 minə yaxın insan həlak olub.

XS
SM
MD
LG